UNEC-in distant, qiyabi və əlavə təhsil mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev Sputnik Azərbaycan-a deyir ki, transmilli şirkətlərin aqressiv siyasəti bizə ziyan verə bilər
Səbuhi Tanrıverdiyev: “Bizim milli sahibkarlar nəhəng şirkətlərlə müqayisə edilə bilməzlər”
Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü ilə əlaqədar qanun layihəsi hazırlanıb. Qanun layihəsi hazırlanarkən ÜTT-nin Ticarətdə Texniki Maneələr haqqında Sazişinin texniki tənzimləməyə və uyğunluğun qiymətləndirilməsi fəaliyyətinə dair tələbləri, Avropa İttifaqının müvafiq qanunvericilik aktları nəzərə alınıb.
UNEC-in distant, qiyabi və əlavə təhsil mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev Sputnik Azərbaycan-a deyir ki, ÜTT-yə üzv olmaq yaxşıdır: “Ancaq böyük ölkələrin şirkətlərinin aqressiv siyasəti, onların qiymətlərlə oynama hərəkətləri bizim kimi ölkələrə ziyan verə bilər. Müəyyən sahələrdə məhdudiyyətləri saxlamaqla ÜTT-yə üzv olmaq bizim üçün faydalıdır”.
Ekspertlər yeni agentliyin yaradılmasının ölkəyə sərmayə axını, ixracın genişlənməsi və iş yerlərinin yaradılması prosesini müsbətə doğru tətikləyəcəyini vurğulayırlar