QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Mustafa: “Ermənistan işğalçı siyasətindən əl çəkməyəcəyini açıq-aşkar göstərir”

© Photo : APAFazil Mustafa
Fazil Mustafa - Sputnik Azərbaycan
Abunə olmaq
Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa deyir ki, bu görüşlər sadəcə sülh danışıqları üçün imitasiya xarakteri daşıyır

Fazil Mustafa: “Himayədarları Ermənistana geri çəkilməyə icazə vermir”
“Dağlıq Qarabağ münaqişənin həlli üçün hələ də bir ümid yaranmayıb”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında  Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa deyib. 

“Hesab edirəm ki, hələlik situasiyada ciddi bir dəyişiklik yoxdur. Ermənistanın mövqeyində hansısa bir dəyişiklik yoxdur. Üstəlik, erməniləri dəstəkləyənlərin də mövqeyində hər hansı bir dəyişiklik yoxdur. Ona görə, bu görüşlər sadəcə sülh danışıqları üçün imitasiya xarakteri daşıyır” — deyə o bildirib.

Xəbər lenti
0