QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Abbasov: “Aprel ssenarisi təkrar olunacaqsa, məsuliyyət İrəvanın üzərinə düşəcək”

Abunə olmaq
Politoloq Tofiq Abbasov deyir ki, Sarkisyana görə, bu danışıqlar həmişə davam edəcək

Tofiq Abbasov: “Sarkisyan danışıqlarda formal şəkildə iştirak edir”
“Aprel ssenarisi təkrar olunarsa bunun məsuliyyəti rəsmi İrəvanın üzərinə düşəcək”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

“Bu 20 ildən artıq bir müddət ərzində həmsədrlərin hər hansı bədbin bəyanatı olmayıb. Onlar həmişə deyirlər ki, görüşlər konstruktiv şəraitdə keçib. Ancaq Serj Sarkisyan görüşdən sonra tərs mütənasib sözlər söyləyib. S.Sarkisyan danışıqlarda formal şəkildə iştirak edir” — deyə o bildirib.

Qeyd edək ki, Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə keçirilən görüşündən sonra xarici işlər nazirləri və ATƏT-in Minsk Qrupunun həmsədrləri görüşün konstruktiv mühitdə keçdiyini ifadə ediblər.

Xəbər lenti
0