12:48 21 Avqust 2018
Canlı yayım
  • RUB0.0254
  • USD1.7000
  • EUR1.9602

Əhmədoğlu: “Müəyyən qüvvələr Azərbaycanın AŞPA-dan çıxmasına çalışır”

RADİO
Qısa URL
124 0 0

Politoloq Mübariz Əhmədoğlu deyir ki, Azərbaycan əleyhinə fəaliyyət davam edəcəksə ölkəmiz AŞPA-dan çıxmaq məsələsini qəti şəkildə gündəmə gətirəcək

“Azərbaycan prezidenti AŞPA-ya veriləcək cavabı artıq müəyyənləşdirib”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında politoloq Mübariz Əhmədoğlu deyib.

“Azərbaycan prezidenti artıq bəyan edib ki, biz AŞPA-dan çıxmağa hazırıq. AŞPA-da müəyyən qüvvələr var ki, onlar Azərbaycanın qurumdan  çıxmasına çalışır. Azərbaycandan istədiyini ala bilməyən qüvvələr bu məsələdə xüsusi aktivlik göstərirlər. Azərbaycanın AŞPA-dan çıxması sadə bir məsələ deyil. Əgər bundan sonra da AŞPA-da Azərbaycan əleyhinə fəaliyyət davam edəcəksə  ölkəmiz AŞPA-dan çıxmaq məsələsini qəti şəkildə gündəmə gətirəcək” — deyə o bildirib.

Qeyd edək ki, AŞPA-nın oktyabrın 11-də keçirilmiş plenar iclasında Azərbaycanla bağlı hesabatlar üzrə iki Qətnamə qəbul olunub.

Əsas mövzular