14:57 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Abdulla: “Aparıcıların 80-90 faizinin axırıncı oxuduğu kitab “Əlifba” olub”

RADİO
Qısa URL
354 0 0

Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla deyir ki, intellektual dərəcəsi yüksək olmayan adamı televiziyaya gətirməməliyik

Kamal Abdulla: “Dilə başqa dillərdən sözlərin daxil olmasından qorxmaq lazım deyil”
“Bizdə dilin yox olması illüziyasını yaradanların intellekt xəstəliyi var”. Sputnik Azərbaycan xəbər verir ki, bunu “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda konfransda Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla deyib.

“Dil struktur şəklində hər bir azərbaycanlının beynində mövcuddur. Aparıcılar intellektə və müdrik danışığa malik olmalıdırlar. Biz intellektual dərəcəsi yüksək olmayan adamı televiziyaya gətirməməliyik. Mən inanıram ki, aparıcıların 80-90 faizinin ədəbiyyatdan xəbəri yoxdur və axırıncı dəfə “Əlifba” kitabını oxuyublar”-deyə o bildirib.

Əsas mövzular