QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Əsgərov: “Avropalı nümayəndələrin ürəyinə yol tapacaq sözlərlə çıxış etdik”

© Sputnik / Murad OrujovDilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov
Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov - Sputnik Azərbaycan
Abunə olmaq
Erməni əsirliyində olan Dilqəm Şahbazovun oğlu Kürdoğlu Əsgərov deyir ki, ATƏT-in sammitində azərbaycanlı əsirlərin vəziyyətinə avropalı nümayəndələrin diqqətini çəkməyə çalışırdıq

Kürdoğlu Əsgərov: “Cənab prezident keçirdiyi görüşlərdə azərbaycanlı əsirlərlə bağlı məsələni qaldırır”
Dilqəm Əsgərov və Şahbaz Quliyevin  girov götürülməsi məsələsi prezident İlham Əliyevin diqqət mərkəzindədir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Dilqəm Şahbazovun oğlu Kürdoğlu Əsgərov ATƏT-in sammitindəki çıxışı ilə bağlı keçirilən mətbuat konfransında söyləyib.

“Cənab prezident keçirdiyi bütün görüşlərdə bu məsələni qaldırır. Biz ATƏT-in sammitində də atam Dilqəm Əsgərov və Şahbaz Quliyevin  girov götürülməsi məsələsini gündəmə gətirdik. Biz çalışırdıq ki, əsirlərin səhhəti ilə bağlı avropalı nümayəndələrin diqqətini çəkək” – deyə o bildirib.

Qeyd edək ki, 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər.

Xəbər lenti
0