13:10 23 Noyabr 2017
Canlı yayım
İqtisadçı ekspert Natiq Cəfərli
© Foto: Facebook / natig.jafarli

Cəfərli: “Yeni müqavilə Azərbaycana sərfəli olan şərtlərlə bağlanıb”

RADİO
Qısa URL
128 0 0

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, birinci müqavilədə səmt qazı Azərbaycana havayı verilirdi

Bakıda"Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsünün düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişi (PSA) imzalanıb.

İqtisadçı ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyir ki, yeni saziş 1994-cü ildə imzalanmış müqavilədən daha yaxşı şərtlərlə imzalanıb: “Şərtlər tam açıqlanmadığı üçün tam dəyərləndirmə aparmaq çətindir. Əvvəlki müqavilədə səmt qazı Azərbaycana pulsuz verilirdi. Yeni müqavilədə bu şərtin qalıb-qalmadığını hələ öyrənə bilməmişik”.

Əsas mövzular