11:21 22 İyun 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9745
Elmar Məlikov
© Sputnik / Murad Orujov

“Təkrar emala gedən tullantılar bizi ekoloji fəlakətdən qoruyur”

RADİO
Qısa URL
127 0 0

"Təmiz şəhər" ASC-nin şöbə müdiri Elmar Məlikov deyir ki, 2010-cu ildən Qala qəsəbəsi sakinləri ibtidai çeşidləmə prosesinə cəlb olunub

İnsanların tullantıların idarə olunması prosesinə cəlb olunması çox vacib məsələdir. Sputnik Azərbaycan xəbər verir ki, bunu “Təmiz şəhər” ASC-nin şöbə müdiri Elmar Məlikov deyib. “Bu məqsədlə 2010-cu ildən Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qala qəsəbəsində “Təmiz Qala” pilot layihəsi həyata keçirilir. Bu layihə çərçivəsində bütün Qala qəsəbəsi sakinləri ibtidai çeşidləmə prosesinə cəlb olunur. Tullantılar bərk məişət tullantılarının çeşidlənməsi zavoduna gətirildikdə çeşidləmə 70-80 faiz daha effektiv aparılır”.

“Çeşidləmə nəticəsində təkrar emala yararlı tullantılar əldə olunur. Onlar təkrar emala gedərək bizi ekoloji fəlakətdən qoruyur. Bu ilk növbədə ekolgiyanın qorunması üçün çox vacib bir layihədir” – deyə o bildirib.

Əsas mövzular