10:46 20 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
Eyyub Hüseynov
© Sputnik / Murad Orujov

Ekspert: "Məktəbli formasını 50 faiz aşağı qiymətə də satmaq olar"

RADİO
Qısa URL
91 0 0

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, əgər bərabər şərait yaradılarsa qiymətlər aşağı düşər

Yeni dərs ilinin başlanmasına az qalmış övladını keyfiyyətli və ucuz məktəb ləvazimatları ilə təmin etmək valideynlərin əsas qayğısına çevrilib.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a deyir ki, hər gün məktəb ləvazimatları və yarmarkalarla bağlı onlara zənglər daxil olur: “Valideynlər məktəbli geyimlərinin keyfiyyəti, satış şəbəkələri haqqında məlumat almaq istəyirlər. Hər il biz bu məsələni qeyd edirik. İstənilən ölkədən, istənilən biznes quruma standartlara uyğun məktəbli formalarını gətirməyə, tikib satmağa şərait yaradılmalıdır. Əgər bu olarsa qiymətlər də aşağı düşər”.

“Respublika ərazisində 20-dən çox yerdə yarmarkalar fəaliyyət göstərir. Qiymətlərin baha olmasına görə istehlakçılar ucuz yerlərə üz tuturlar. Bu sahədə tam liberal şərait yaradılarsa məktəbli formalarının qiyməti ən azı 50 faiz aşağı düşər” – deyə o bildirib.

Əsas mövzular