15:23 23 İyul 2018
Canlı yayım
  • RUB0.0268
  • USD1.7000
  • EUR1.9947

“Kontrabas” Rusiya səhnəsində ölkəmizi təmsil edəcək

RADİO
Qısa URL
90 0 0

Əməkdar artist Şövqi Hüseynov Sputnik Azərbaycan-a deyir ki, tamaşa 1998-ci ildən səhnəyə qoyulur

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı beynəlxalq festivala qatılacaq. GTT-nin aktyoru, əməkdar artist Şövqi Hüseynov Sputnik Azərbaycan-a deyir ki, onların iştirak edəcəyi festival Rusiyanın Nijnevartovsk şəhərində “Şimal görüşləri” V Beynəlxalq Teatr Festivalıdır:

“Festivalda Patrik Züskindin “Kontrabas” mono-tamaşası ilə səhnəyə çıxacam. “Kontrabas”1998-ci ildə səhnəyə qoyulub. O zamandan bəri bir çox festivallarda olub. Köhnə sovet ölkələrində, Türkiyədə, İranda səhnəyə qoyulub və bir çox mükafatlara layiq görülüb. Tamaşa Azərbaycan və rus dilində oynanılır” –deyə o bildirib. Qeyd edək ki, "Kontrabas" tamaşası indiyədək İran, Türkiyə, Moldova, Rusiya və Ukraynada keçirilən beynəlxalq teatr festivallarında mükafatlara layiq görülüb.

Əsas mövzular