Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ekspert: “Tütünçülüyün inkişafı valyutanın ölkədə qalmasını təmin edəcək”

© Photo : UNECMüslüm İbrahimov
Müslüm İbrahimov - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisadçı ekspert Müslüm İbrahimov deyir ki, ilk növbədə daxili bazarı təmin etməyə çalışmalıyıq

Müslüm İbrahimov: “Tütünün dünya bazarındakı qiymətlərinin dəyişkən olduğunu nəzərə almaq lazımdır”
Azərbaycan prezidenti İlham Əliyev tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramının təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

İqtisadçı ekspert Müslüm İbrahimov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycanda tütün məhsullarının istehlakı avropa ölkələri ilə müqayisədə yüksəkdir: “Bu onu göstərir ki, istehlak bazarımız var. Təhlillər göstərir ki, biz siqaret məhsullarının 90 faizini xaricdən idxal edirik. Bu da böyük miqdarda valyutanın ölkədən çıxarılması deməkdir. Bunu nəzər alaraq ilk növbədə daxili bazarı təmin etməyə çalışmalıyıq”.

“Nəzərə almaq lazımdır ki, tütün texniki məhsulların sırasına daxildir. Yəni bu istehsala kənd təsərrüfatının bir neçə sahəsi cəlb olunur. Tütünçülük həm əmək tutumlu, həm də kapital tutumlu istehsal sahəsidir. Bu sahə ilə məşğul olarkən tütünün dünya bazarındakı qiymətlərinin dəyişkən olduğunu nəzərə almaq lazımdır” – deyə o bildirib.

Xəbər lenti
0