11:53 18 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516

Bakıda məişət tullantıları zavodunda elektrik enerjisi istehsal olunur

RADİO
Qısa URL
346 0 0

"Təmiz şəhər" ASC-nin şöbə müdiri Sabit Zeyniyev deyir ki, artıq Balaxanı zibil poliqonu sanitar poliqona çevrilib

Sabit Zeyniyev: “Tullantıların çeşidlənməsi ilə təbii ehtiyatlara qənaət olunur”
Bakı bərk məişət tullantılarının yandırılması zavodu tullantıların yandırılmasından aldığı elektrik enerjisini ümumi şəbəkəyə ötürür. Sputnik Azərbaycan xəbər verir ki, bunu "Təmiz şəhər" ASC-nin şöbə müdiri Sabit Zeyniyev deyib.

“Zavodun ümumi gücü 500 min tondur. Bu tullantıların yandırılması nəticəsində 231 milyon kilovatt-saat elektrik enerjisi alınır. Bununla paralel olaraq Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodu da tikilmişdir. Zavod il ərzində 200 min ton tullantını çeşidləmək gücünə malikdir. Bu zavodda çeşidləməyə yararlı məhsullar tullantıların tərkibindən ayrılaraq xammal kimi yenidən emal müəssisələrinə göndərilir”.

“Hər hansı bir tullantını başqa bir məhsul istehsal edib dövriyyəyə qaytarmaqla təbii ehtiyatlara qənaət etmiş oluruq. Layihələrimizdən biri də  bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsidir. Bununla Balaxanı zibil poliqonu sanitar poliqona çevrilmişdir” – deyə o bildirib.

Əsas mövzular