CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Elşad Miraləm: “Bu forum Azərbaycanın imicinə böyük təsir göstərəcək”

© Sputnik / Igor Russak / Mediabanka keçidСтудия международного информационного агентства и радио Sputnik в "ЭкспоФоруме", фото из архива
Студия международного информационного агентства и радио Sputnik в ЭкспоФоруме, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Diasporla İş üzrə Dövlət Komitəsi Mətbuat xidmətinin rəhbəri Elşad Miraləm deyir ki, bu Forumun Azərbaycan üçün böyük əhəmiyyəti var

Elşad Miraləm: “Bu forum Azərbaycanın imicinə böyük təsir göstərəcək”
Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Qlobal Gənc Liderlər Forumu davam edir.  

Diasporla İş üzrə Dövlət Komitəsi Mətbuat xidmətinin rəhbəri Elşad Miraləm Sputnik Azərbaycan-a deyir ki, Qlobal Gənc Liderlər Forumu adlı tədbir Bakıda ilk dəfədir keçirilir: “Forumda dünyanın müxtəlif universitetlərində təhsil alan, nüfuzlu beyin mərkəzlərini təmsil edən gənclər iştirak edirlər. Forumda gənclərin liderliyi, mədəniyyətlərin liderliyə təsiri ilə bağlı müzakirələr aparılıb”.

“Bu Forumun Azərbaycan üçün əsas əhəmiyyəti ondan ibarətdir ki, gələcəkdə öz ölkələrində yüksək vəzifələr tutmaq imkanına malik olan insanları Azərbaycanla tanış edə bilmişik. Hesab edirik ki, bu da onların gələcəkdə Azərbaycana olan münasibətinə təsir göstərəcək” – deyə o bildirib. Qeyd edək ki, Qlobal Gənc Liderlər Forumu 4 gün davam edəcək.

Xəbər lenti
0