Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Ekspert “Qarabağ”ın bugünkü oyunu ilə bağlı sərt proqnoz verdi

© Sputnik / Igor Russak / Mediabanka keçidСтудия международного информационного агентства и радио Sputnik в "ЭкспоФоруме", фото из архива
Студия международного информационного агентства и радио Sputnik в ЭкспоФоруме, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Futbol eksperti Rövşən Binnətli deyir ki, “Qarabağ”ın şansı “Kopenhagen”dən heç də az deyil

Rövşən Binnətli: “Şanslar bərabərdir”
Avqustun 15-də “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində “Kopenhagen”lə qarşılaşacaq. Futbol eksperti Rövşən Binnətli Sputnik Azərbaycan-a deyir ki, komandamızı və onun rəqibini gərgin oyun gözləyir: “Bizim üçün oyunun tarixi əhəmiyyəti var. İlk dəfədir ki, Azərbaycan klubu belə nüfuzlu bir turnirdə pley-off mərhələsinə gəlib çıxıb. Görüşün nəticəsindən asılı olmayaraq bu, klublarımızın bir pillə də irəliləməsi anlamına gəlir”.

“Görüşün nəticəsinə gəldik də isə imkanları dəyərləndirəndə “Kopenhagen”nin güclü və şanslı olduğu görünür. Ancaq “Qarabağ”ın əzmkarlığını biz dəfələrlə görmüşük. Bu baxımdan “Qarabağ”ın şansını “Kopenhagen”dən heç də az qiymətləndirmək olmaz. Şanslar bir xeyli dərəcədə bərabərdir. Komandamız Bakıda keçiriləcək oyunda qapısını toxunulmaz saxlasa mərhələni keçmək şansını daha da artıracaq” – deyə o bildirib.

Xəbər lenti
0