04:18 20 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Ekspert: “Sərt sanksiyalar Rusiyaya əhəmiyyətli təsir göstərməyəcək”

RADİO
Qısa URL
62 0 0

Politoloq İlqar Vəlizadə deyir ki, Rusiyaya qarşı sanksiyaların daha da sərtləşdirilməsi həm də Amerikanın daxilinə hesablanan mesaj xarakterli bir addımdır.

İlqar Vəlizadə: “Heç bir qüvvə Rusiyanın daxili və xarici siyasətinə təsir göstərə bilməz”
"ABŞ senatorları Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiyaların sərtləşdirilməsi üçün qanun layihəsinə razılıq əldə ediblər". Politoloq İlqar Vəlizadə Sputnik-Azərbaycan-a bildirib ki, bu sanksiyaların daha da sərtləşdirilməsi ikili xarakter daşıyır: "Bu, Amerikanın Rusiya, İran və Şimali Koreyaya qarşı mövcud siyasətin daha da sərtləşməsinə gətirib çıxaracaq. Digər tərəfdən isə bu, Amerikanın daxilinə hesablanan mesaj xarakterli bir addımdır".

"Bu addımın əsas məqsədi isə ondan ibarətdir ki, qeyd olunan ölkələr ABŞ-ın maraqları çərçivəsində öz mövcud siyasi istiqamətlərini dəyişərək onunla münasibətləri tənzimləmək üçün ilk addımı atmağa məcbur olsunlar. Mən düşünmürəm ki, bu, o ölkələrə hansısa təsir göstərəcək. Təcrübə də göstərir ki, illər öncə İrana tətbiq olunan sanksiyalar da heç bir əhəmiyyətli təsir göstərməyib. Koreya onsuz da on illiklərlə sanksiyalar altında yaşayır və ona da bu heç bir təsir göstərməyəcək. O ki qaldı Rusiyaya, mən düşünmürəm ki, Rusiya iqtidarı məhz elə bu sanksiyalara görə hansısa addımlar atmağa cəhd göstərsin" — deyə İlqar Vəlizadə bildirib.

Əsas mövzular