21:25 23 Avqust 2017
Canlı yayım
Elşən Qafarov
© Sputnik / Murad Orujov

Ekspert: “Müəllimlərin tez-tez yerdəyişməsi təhsilin inkişafına xidmət etmir”

RADİO
Qısa URL
28 0 0

Təhsil eksperti Elşən Qafarov deyir ki, ibtidai sinif müəllimlərinin hər il yerdəyişməsi uşaq psixologiyası üçün böyük travmadır

"Müəllimlərin işə qəbulu haqqında sonuncu əmr geriyə addımdır". Bunu Sputnik Azərbaycan-a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib:

“Bu ildən başlayaraq müəllimlərin yerdəyişməsi qaydalarında dəyişikliklər edilib. Həmçinin ucqarlarda işləyən müəllimlərə qoyulan müddət götürüldü. Hal-hazırki qaydalara görə yerdəyişmə yalnız diaqnostik qiymətləndirmənin nəticələrinə görə aparılır”.

“Təsəvvür edin, keçən il imtahan verib ucqara gedən müəllim imtahan verdikdən sonra yenə yerini dəyişməli olur. Müəllimlərin içərisində ibtidai sinif müəllimləri çoxluq təşkil edir. Hər il bu müəllimlərin yerdəyişməsi uşaq psixologiyası üçün böyük travmadır. Müəllimlərin tez-tez yerdəyişməsi təhsilin inkişafına xidmət etmir” – deyə o bildirib.

Əsas mövzular