Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ekspert: “Rəqəmlərin arxasında bilmədiyimiz məqamlar var”

© Photo : Seymur Kərimli / Interview.azİqtisadçı-ekspert Rəşad Həsənov
İqtisadçı-ekspert Rəşad Həsənov - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, kreditorlar əslində onlara restruktruzasiya ilə bağlı müraciətin olacağını gözləmirlərmiş

Rəşad Həsənov: “Beynəlxaql Bankın öhdəliklərini yerinə yetirmək imkanları var idi”
"Fitch" beynəlxalq reytinq agentliyinin yaydığı məlumata görə, Azərbaycan Beynəlxalq Bankının (ABB) xarici öhdəliklərinin restrukturizasiyası dövlət bankının reputasiyasına xələl gətirib və onun sağlamlaşdırılması üçün yetərli olmaya bilər.

İqtisadçı ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a deyir ki, beynəlxalq qurumlarda müəyyən narahatlığın olmasının səbəbləri başa düşüləndir: “Reytinq agentlikləri daim banklarla əlaqədə olurlar. Proseslərin gedişində biz bunu anladıq ki, kreditorlar əslində onlara restruktruzasiya ilə bağlı müraciətin olacağını gözləmirlərmiş. Bu onlarda şok effekti yaradıb”.

“Bizim hesablamalarımıza görə, son 2 il yarım ərzində ABB-yə göstərilən dəstək onun devalvasiya vaxtına olan borclarından 37 faiz artıqdır. Bu o deməkdir ki, ABB-nin öhdəliklərini yerinə yetirmək imkanları var idi. Rəqəmlər bunu deməyə əsas verir. Ola bilsin ki, rəqəmlərin arxasında bilmədiyimiz məqamlar var və onlar reallığı əks etdirmir” – deyə o bildirib.

Xəbər lenti
0