11:08 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Sosial şəbəkələrdəki reklamlar nə dərəcədə effektivdir?

RADİO
Qısa URL
12520

"Araz" radiosunun media planlaşdırıcısı deyir ki, "yayımla" üsulu ilə daha böyük auditoriyanı əhatə etmək olur.

Yanina Fomina: “Biz xarici saytlara daxil olanda belə, Azərbaycan dilində olan reklamlar görürük”
2013-cü il ilə müqaisədə 2017-ci ildə sosial şəbəkələrdə yerləşdirilən reklamların sayı iki dəfə artıb. Bunu Sputnik-Azərbaycana "Araz" radiosunun media planlaşdırıcısı Yanina Fomina deyib.

Onun sözlərinə görə, 2012-2013cü illərdə Azərbaycan saytlarında reklam az idi, çünki reklam yerləşdirmək üçün uyğun olan Azərbaycan və rusdilli saytların da sayı az idi: "İndi isə saytların və müvafiq olaraq reklam yerlərinin sayı artıb. İndi biz xarici saytlara daxil olanda belə, Azərbaycan dilində olan reklamlar görürük. Bu üsul "yayımla" adlanır. Müştəri bu cür xidmətlər göstərən agentliklərə müraciət edərək daha böyük auditoriyanı əhatə edə bilir".

"Effektivlik məsələsinə gəldikdə isə, bəli, bu cür reklam çox effektivdir. İndi uşaqdan yaşlıyadək hamı intenetdə oturur. Bir var ki, sən nəsə barədə eşidirsən, bir də var sən onu özün görürsən. Görünən reklam insanların diqqətini eşitdikləri reklamdan daha çox cəlb edir", — deyə Yanina Fomina bildirib.

Əsas mövzular