Məsələyə münasibət bildirən ilahiyyatçı İsmayıl Əhməd Sputnik Azərbaycana deyir ki, dini nikahın bağlanması dini ayinləri yerinə yetirən insanlar üçün mühümdür: “Bizdə qayda belədir ki, dövlət nikahı toydan əvvəl olur. Şəriət nikahı bağlanmadan ikinci bir yol yoxdur ki, bu məsələ həll olunsun. Bu qanun insanlara problem yaradır”.
“Şəriət kəbinin kəsilməsinin heç bir hüquqi qüvvəsi yoxdur. Yəni, boşanma zamanı və yaxud tərəflərdən biri rəhmətə gedəndə ruhanin, hətta rəsmi din xadiminin kəsdiyi şəriət nikahının heç bir hüquqi qüvvəsi yoxdur. Onun əsasında heç bir pay bölgüsü aparılmır, vərəsəlik müəyyən olunmur, bunların hamısı rəsmi nikahdan asılıdır” – deyə o bildirib.