23:30 17 Noyabr 2017
Canlı yayım
Пресс-конференция, посвященная новым правилам приема на работу учителей и директоров школ
© Sputnik / Murad Orujov

Ekspert: “Təhsilin keyfiyyəti müəlimlərin və direktorların peşəkarlığından asılıdır”

RADİO
Qısa URL
53 0 0

Təhsil eksperti Məlahət Mürşüdlü deyir ki, Təhsil Nazirliyinin həyata keçirdiyi proqramlar hökumətin innovasiya siyasətinin tərkib hissəsidir

"Azərbaycan təhsilinin problemi kadr problemidir". Bunu Sputnik Azərbaycan açıqlamasında təhsil eksperti Məlahət Mürşüdlü deyib: “Təhsilimizin keyfiyyəti müəlimlərin və onlara rəhbərlik edən şəxslərin peşəkarlığından asılıdır. Təhsil Nazirliyinin müəllimlərin işə qəbulunda və direktorların təyinatında həyata keçirdiyi proqramlar hökumətin innovasiya siyasətinin tərkib hissəsidir. Bu gün həmin innovativ forma və metodlardan istifadə edilir”.

“İnnovasiya cəmiyyətə və dövlətə fayda verəcək yeni üsulların təkmilləşdirilməsi prosesidir. Artıq 2013-cü ildən müəllimlər müəyyən bir proseduru keçdikdən sonra məktəblərdə işləmək vəsiqəsi alırlar. Bu yeni bir şey deyil. Başqa inkişaf etmiş ölkələrdə də bu təcrübə mövcuddur. Ən başlıcası isə ən layiqlilər məktəblərdə işləmək hüququ qazanırlar” – deyə o bildirib.

Əsas mövzular