SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Millət vəkili: “Şükürlər olsun ki çevriliş cəhdi baş tutmadı”

© Sputnik / Murad OrujovMilli Məclisinin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Əhliman Əmiraslanov
Milli Məclisinin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Əhliman Əmiraslanov - Sputnik Azərbaycan
Abunə olmaq
Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Əhliman Əmiraslanov deyir ki, o hadisələri ilk pisləyənlərdən biri Azərbaycan prezidenti İlham Əliyev olub

Əhliman Əmiraslanov: “Ölkə rəhbərliyi və xalqın birliyi bu çevrilişin qarşısını aldı”
Bir il bundan  öncə Türkiyədə baş verən hadisələr Azərbaycanda da çox böyük təşviş yaratdı. Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Əhliman Əmiraslanov deyib. “Bizim hər birimiz o gecəni böyük həyəcanla keçirtdik. O hadisələri ilk dəfə pisləyənlərdən biri Azərbaycan prezidenti İlham Əliyev olub. Bu başqa cür də ola bilməzdi. Türkiyə və Azərbaycan arasındakı münasibətlər əsl dostluq və qardaşlıq münasibətləridir”.

“Şükürlər olsun ki, bu çevrilişə cəhd baş tutmadı. Bunun səbəbi isə qəhrəman türk xalqının şücaətidir. Ölkə rəhbərliyi və xalqın birliyi bu çevrilişin qarşısını aldı. Çox təəssüflər olsun ki, itkilər də çox oldu” – deyə o bildirib.

Xəbər lenti
0