Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Əhali yenə dondurmadan şikayət edir

© Sputnik / Murad OrujovEyyub Hüseynov
Eyyub Hüseynov - Sputnik Azərbaycan
Abunə olmaq
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, dondurmalar satış şəbəkəsində 20 gün saxlanıla bilər

Eyyub Hüseynov: “Dondurma əgər acılıq verirsə, onun tərkibində standartlara uyğun olmayan əlavələr var”
"Azərbaycanda dondurma istehsalı ilə məşğul olan 20-dən çox istehsalçı var". Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib. “Hər gün AİB-ə dondurmalarla bağlı zənglər daxil olur. Ölkənin əmtəə bazarında olan dondurmalardan əhalinin şikayəti var. Şikayətlər əsasən yararlılıq müddətinin uzun olması, bəzilərində isə heç olmaması ilə bağlıdır”.

“Dondurma əgər acılıq verirsə, onun tərkibində standartlara uyğun olmayan əlavələr var. Əgər satışdakı dondurmaların kağızları əzilibdirsə, bu o deməkdir ki, dondurma istilik təsirinə məruz qalıb və yenidən dondurulub. Belə dondurmalar artıq təhlükəli və çirklənmiş dondurmalar hesab olunur. Dondurmaların satış şəbəkəsində 20 gün, anbarlarda isə mənfi 10 dərəcədə 6-7 ay saxlanıla bilər” — deyə o bildirib.

Xəbər lenti
0