00:15 01 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Ekspert: “Peşə təhsilinə münasibət dəyişilməlidir”

RADİO
Qısa URL
3910

“ELS-Müstəqil Araşdırmalar Mərkəzi”nin rəhbəri İradə Yaqubova deyir ki, ilk olaraq biz peşə təhsilinə olan münasibəti dəyişdirməliyik

İradə Yaqubova: “Bizdə həmişə “Fatmanisə” effekti işləyir”
"İlk peşə təhsili bizim ona münasibətimizdən asılı olaraq inkişaf edir". Sputnik Azərbaycan xəbər verir ki, bunu “ELS-Müstəqil Araşdırmalar Mərkəzi”nin rəhbəri İradə Yaqubova deyib: “Təhsil nazirliyi yanında Dövlət Peşə Agentliyi fəaliyyət göstərir. Bu agentlik bir ildir yaranıb və çox ciddi islahatlara başlayıb. Artıq peşə məktəbləri və liseyləri birləşdirilir, peşə mərkəzləri yaradılır. Maddi texnik baza ilə yanaşı sistemin öz yenidən qurulur”.

“Bizdə həmişə “Fatmanisə” effekti işləyir. Biz peşə təhsilinə olan münasibəti dəyişdirməsək ən yeni texnologiyalar da bizə kömək etməyəcək. Bu gün peşə təhsili müəssisələrində elə ixtisaslar tədris olunur ki, orada müəyyən bilik səviyyəsinə malik olmadan oxumaq çətindir” – deyə o bildirib.

Əsas mövzular