07:32 01 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Deputat: “Dağlıq Qarabağ dünyada həllini tapa bilməyən münaqişə hesab olunur”

RADİO
Qısa URL
64 0 0

Millət vəkili Elman Nəsirov deyir ki, Dağlıq Qarabağ münaqişəsinin həllini tapa bilməsi üçün bütün tərəflərin mövqeləri üst-üstə düşməlidir

Elman Nəsirov: “Münaqişənin həllində heç bir nəticə yoxdur”
"Dağlıq Qarabağ münaqişəsi dünyada həllini tapa bilməyən ən qəliz münaqişə hesab olunur". Sputnik Azərbaycan xəbər verir ki, bunu "Ermənistanın işğalçılıq siyasəti: regionda təhlükəsizlik və humanitar fəlakət" mövzusunda keçirilən beynəlxalq ictimai forumda millət vəkili Elman Nəsirov deyib: “Hesab edirəm ki, bunun bir neçə çox ciddi səbəbləri var. Münaqişə ona görə həllini tapmır ki, o lokal deyil, həm də regional münaqişədir. Burada Rusiya, Türkiyə, İran amili var”.

“Bu münaqişə həm də beynəlxalq münaqişədir. Tərəflərin hər birinin mövqeləri üst-üstə düşən təqdirdə münaqişənin həllindən söz gedə bilər. Münaqişənin həlli ilə ATƏT-in Minsk qrupu məşğuldur, ancaq bu 25 il ərzində heç bir nəticə yoxdur” – deyə o bildirib.

Əsas mövzular