“Amerika Birləşmiş Ştatları Suriyanın şimalında kürd silahlılarına hazırlıq keçir. Kürdlərin təxminən 300 min silahlısı var. ABŞ onlara ağır silahlar da verir ki, onlar ABŞ və qərb koalisiyasının maraqlarını Suriyada təmin etsinlər. Digər tərəfdən Suriyanın parçalanması üçün şəraiti gücləndirsinlər. Ən sonda isə Bəşər Əsədin getməsini təmin etsinlər”.
“ABŞ-ın Suriya təyyarələrinə hücumları, hökumət qoşunlarının mövqelərini bombardman etməsi Rusiyanın “ürəyincə” deyil. Eyni zamanda, bu, Türkiyənin də maraqlarına uyğun deyil. Ona görə də hesab edirəm ki, Astana prosesində yeni mərhələ başlayacaq. Moskva ilə Ankaranın mövqeləri üst-üstə düşür. Yəqin ki, Astanada yeni bir alqoritmin tapıntısının şahidi olacağıq” — deyə o bildirib.