21:43 22 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8961
Deputat Çingiz Qənizadə
© Sputnik / Murad Orujov

Çingiz Qənizadə Ədliyyə Nazirliyi yanında ictimai komitənin fəaliyyətindən danışdı

RADİO
Qısa URL
73 0 0

İctimai komitənin koordinatoru, millət vəkili Çingiz Qənizadə deyir ki, 7 mindən çox məhkumun şərti azadlığa çıxmasında iştirakları olub

Ədliyyə Nazirliyi yanında ictimai komitənin fəaliyyəti nəticəsində 2 mindən çox insana hüquqi yardımlar göstərilib.

Sputnik Azərbaycan xəbər verir ki, bunu ictimai komitənin hesabat yığıncağında komitənin koordinatoru, millət vəkili Çingiz Qənizadə deyib: “Ədliyyə nazirliyi yanında ictimai komitə 2006-cı ildən fəaliyyət göstərir. Bu müddət ərzində cəzaçəkmə müəssisələrinə çoxsaylı başçəkmələr həyata keçirilib. 7 mindən çox məhkumun şərti azadlığa çıxmasında ictimai komitənin iştirakı olub. Penitensiar sahədə vaxtından əvvəl azadetmə ilə bağlı komissiya yaradılıb. Mütəmadi olaraq bu komissiyanın işində ictimai komitə üzvlərinin də iştirakı təmin olunur”.

“Son iki ildə komitənin cəzaçəkmə müəssisələrinə baş çəkmələri nəticəsində olduqca faydalı işlər görülüb. İctimai komitə üzvlərinin cəzaçəkmə müəssisələrinə girişi ilə bağlı ədliyyə naziri tərəfindən xüsusi vəsiqələr verilib. Bizim günün istənilən vaxtı heç bir xəbərdarlıq etmədən cəzaçəkmə müəssisələrinə daxil olmaq hüququmuz var” – deyə o bildirib.

Əsas mövzular