Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ekspert kənd məhsullarının niyə baha olmasına aydınlıq gətirdi

© Photo : UNECMüslüm İbrahimov
Müslüm İbrahimov - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisadçı ekspert Müslüm İbrahimov deyir ki, bazarda məhsulların kəmiyyətinin aşağı olması qiymətə təsir göstərir

Müslüm İbrahimov: “Bazarlarda qimyətlərin monitorinqini aparmaq lazımdır”
Yay mövsümü olmasına baxmayaraq bazarlarda kənd təsərrüfatı məhsullarının qiyməti hələ də yüksəkdir.

İqtisadçı ekspert Müslüm İbrahimov Sputnik Azərbaycana deyir ki, bir neçə səbəbdən kənd təsərrüfatı məhsullarının qiymətlərinin aşağı düşməsi mümkün olmur: “İqlim şəraiti burada mühüm rol oynayır. Azərbaycanın kənd təsərrüfatı ilə məşğul olan regionları tam şəkildə bazara daxil olmayıb. Ona görə də müəyyən dərəcədə qıtlıq müşahidə olunur. Bazarda tələb təklif prosesi baş verir”.

“Məhsulların kəmiyyətinin aşağı olması qiymətini baha edən səbəblərdən biridir. Bundan başqa bu yaxınlarda baş verən yağış, sel də kənd təsərrüfatına öz mənfi təsirini göstərdi. Amma bazarda müəyyən problemlərin də olduğunu istisna etmək olmaz. Bazarlarda qiymətlərin monitorinqini aparmaq lazımdır” – deyə o bildirib.

Xəbər lenti
0