CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ekspert: “NETTY” Azərbaycanda İT sahəsində ən yaxşı layihələri qiymətləndirir”

© Sputnik / Anar MustafayevNETTY 2017 internet mükafatı
NETTY 2017 internet mükafatı - Sputnik Azərbaycan
Abunə olmaq
“NETTY” – Azərbaycan Milli İnternet Mükafatı təşkilat komitəsinin sədr müavini Ramil Qaçayev deyir ki, mükafatın verilməsi üçün müəyyən mərhələlərdən keçmək lazımdır

Ramil Qaçayev: “Bu il 16 nominasiya üzrə mükafatlar verilib”
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “NETTY” – Azərbaycan Milli İnternet Mükafatı 13-cü dəfə qaliblərinə təqdim olunub. “NETTY” – Azərbaycan Milli İnternet Mükafatı təşkilat komitəsinin sədr müavini Ramil Qaçayev Sputnik Azərbaycana deyir ki, “NETTY” 2004-cü ildən yaranıb və artıq 13 ildir ki, fəaliyyət göstərir.

“NETTY” Azərbaycanda ən yaxşı veb resursları, İT sahəsində ən yaxşı layihələri qiymətləndirir. Faktiki olaraq indi 16 nominasiya üzrə mükafatlar verilib. Mükafatın verilməsi üçün müəyyən mərhələlərdən keçmək lazımdır. Ekspertlər nominasiyalar üzrə səs verir. Ərizə vermiş nominantlardan 3-ü seçilir. “NETTY”-nin akademiyası həmin 3 nominantın arasında qalibi müəyyən edir” – deyə o bildirib.  

Sputnik Azərbaycan İnformasiya Agentliyi və Radiosunun internet portalı NETTY 2017 internet mükafatının "İnformasiya və xəbərlər" nominasiyasında qalib gəlib. 

Xəbər lenti
0