CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ekspert: “Məktəblilərin yay tətilində mütaliə prosesi zəif təşkil edilir”

© Sputnik / Murad OrujovЭтибар Алиев, глава центра "Образование XXI век"
Этибар Алиев, глава центра Образование XXI век - Sputnik Azərbaycan
Abunə olmaq
Təhsil eksperti Etibar Əliyev deyir ki, şagirdlər üçün yay məktəblərinin təşkili əlverişli olardı

Etibar Əliyev: “Məktəblilərin yay tətilində bədii qiraətinin təşkil edilməsinə dair plan mövcud deyil”
"Konkret olaraq hər kəs bilir ki, məktəb rəhbərliyinin və ya təhsilə aid olan digər qurumların məktəblilərin yay tətilində bədii qiraətinin təşkil edilməsinə dair planı mövcud deyil". Bunu Sputnik Azərbaycana açıqlamasında təhsil eksperti Etibar Əliyev deyib: “Bir çox ölkələrdə yay məktəbləri təşkil edilir. Burada şagirdlərə bədii qiraət, eyni zamanda başqa oxu formaları həyata keçirilir. Bizdə olan mənfi keyfiyyətlərdən biri də odur ki, dərs ili başa çatan kimi bütün dərsliklər məktəblilərin əlindən alınır”.

“Şagirdlər üçün yay məktəblərinin təşkili olduqca əlverişli olardı. Eyni zamanda kitabxanalarda uşaqlar üçün oxu günləri təşkil etmək olardı. Həmçinin kitabxanaların və kitab mağazalarının sayı da azdır. Ona görə də uşaqların yay tətilində oxuma prosesi həddindən artıq zəif təşkil edilir” – deyə o bildirib.

Xəbər lenti
0