CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xarici ölkələrin sürücülük vəsiqəsi ilə işləyənlərin nəzərinə

© Photo : REPORTBaş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev
Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyir ki, bu qərar sürücülük fəaliyyəti ilə məşğul olanlar üçün nəzərdə tutulub

Kamran Əliyev: “Azərbaycan vətəndaşları həmin vəsiqədən bir ay müddətində istifadə edə bilər”
Rusiyada xarici ölkələrin sürücülük vəsiqəsi ilə işləyən şəxslər işdən uzaqlaşdırılacaqlar.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Sputnik Azərbaycan-a deyir ki, bu qanun Rusiyada sürücülük fəaliyyəti ilə bağlı işə qəbul olunmaq istəyənlərə aid ediləcək: "Bizdə ilin əvvəlində qanun qəbul olundu ki, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən sürücülük vəsiqəsi ilə ölkəyə daxil olan Azərbaycan vətəndaşları həmin vəsiqədən bir ay müddətində istifadə edə bilər".  

"Rusiyada isə bu qərar sürücülük fəaliyyəti ilə məşğul olanlar üçün nəzərdə tutulub. Yəni, kim sürücü kimi işləmək istəyirsə, o, Rusiyada sürücülük vəsiqəsi almalıdır" – deyə o bildirib.

Xəbər lenti
0