Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Deputat: “Azərbaycanda çox optimal idarəetmə formatı yaradıldı”

© Photo : Facebook / Aydın MirzəzadəАйдын Мирзазаде
Айдын Мирзазаде - Sputnik Azərbaycan
Abunə olmaq
Millət vəkili Aydın Mirzəzadə deyir ki, dəyişikliklər prezidenti cəmiyyətdə baş verən proseslərlə bağlı vaxtında məlumatlandırmağa xidmət edir

Aydın Mirzəzadə:“Dəyişikliklər çox çevik idarəetmə aparatının yaradılması istəyi ilə bağlıdır”
Prezident administrasiyasındakı dəyişikliklər Azərbaycanda islahatların daim olaraq aparıldığını və bunun bütün sahələri, o cümlədən, dövlət idarəetmə strukturunu da əhatə etdiyini göstərir. Bunu Sputnik Azərbaycana açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. “Prezident administrasiyasındakı dəyişikliklər çox çevik bir idarəetmə aparatının yaradılması istəyi ilə bağlıdır. Dünənki dəyişikliklər prezidenti daxili və xarici siyasətini daha səmərəli həyata keçirməyə, cəmiyyətdə baş verən proseslərlə bağlı onu vaxtında məlumatlandırmağa xidmət edir”.

“Çevik və optimal bir idarəetmə aparatının yaradılması Azərbaycanda islahatların dərinləşməsinə, insanların sosial vəziyyətinin yaxşılaşması üçün növbəti addımların atılmasına xidmət edir. Ümumilikdə götürdükdə prezidentin sərəncamları ilə Azərbaycanda çox optimal idarəetmə formatı yaradıldı” – deyə o bildirib.

Xəbər lenti
0