19:00 25 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0705

İqtisadçı ekspert: “Banklar kredit verməkdə maraqlı deyillər”

RADİO
Qısa URL
68 0 0

Hazırki şəraitdə müşahidə olunan budur ki, banklar və bank olmayan kredit təşkilatları kredit verməkdə maraqlı deyillər, iqtisadçı ekspert Rəşad Həsənov belə düşünür

Ekspert: “Daşınar əmlakı girov qoymaqla kredit götürmək beynəlxalq təcrübədə geniş yayılmış metodlardan biridir”
Parlamentin plenar iclasında "Daşınar əmlakın yüklülüyü haqqında" qanun layihəsi qəbul edilib. Yeni qanuna əsasən kredit təşkilatları mal-qaranı, maşın və avadanlıqları, kiçik texnikanı, televizor və kompüteri və digər daşınar əmlakları girov kimi qəbul edə biləcəklər.

İqtisadçı ekspert  Rəşad Həsənov Sputnik Azərbaycana deyir ki, bu beynəlxalq təcrübədə geniş yayılmış metodlardan biridir: “İnkişaf etmiş ölkələrdə kredit əlçatanlığının artırılmasının mühüm metodlarından hesab edilir. Bu müsbətə doğru atılmış addım kimi qiymətləndirilməlidir”.

“Son 1 il 2 ay ərzində bankların kredit portfelində 5 milyarda yaxın azalma baş verib. Hazırki şəraitdə müşahidə olunan budur ki, banklar və bank olmayan kredit təşkilatları kredit verməkdə maraqlı deyillər. Onlar vəsaitlərini Mərkəzi Bankın qısa müddətli notlarına yatırmaqla faiz gəliri götürmək istəyirlər” – deyə o bildirib.

Əsas mövzular