20:54 24 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.8816
Студия международного информационного агентства и радио Sputnik
© Sputnik / Igor Russak

Cümhuriyyət Azərbaycan tarixinin ən şərəfli səhifəsidir

RADİO
Qısa URL
88 0 0

Tarixçi- alim Nəsiman Yaqublu deyir ki, Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqi tarixində ən böyük rolu ilk dəfə olaraq demokratik prinsiplərə söykənən dövlət olmasıdır

Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman şərqi tarixində ən böyük rolu ilk dəfə olaraq demokratik prinsiplərə və milli kültür əsaslarına söykənən dövlət olmasıdır. Bunu Sputnik Azərbaycan-a açıqlamasında tarixçi-alim Nəsiman Yaqublu bildirib.

“Biz ilk dəfə olaraq parlamentli respublika yaratdıq. Bu respublikanın parlamentində 270-ə qədər qanun müzakirəyə çıxarıldı və onlardan 230-u qəbul olundu. Həmçinin o dövrdə də Qarabağ problemi mövcud idi. AXC bu problemi də həll etdi. Ən əsası isə odur ki, bu cümhuriyyəti quranların hər birisi fədakar idi”.

“1918-ci ildə Xalq Cümhuriyyəti elan olunanda Azərbaycanda 2 milyon 900 min insan yaşayırdı. Onlardan sadəcə 76 nəfərinin yüksək ali savadı var idi. Bu insanlar qısa müddətdə Azərbaycanda demokratik dövlət qura bildilər. AXC-nin yaranması ilə bizdə dövlət təsisatlarının yaranmasının əsası qoyuldu. Ona görə də AXC-nin mövcud olduğu dövr bizim tariximizin ən şərəfli hissəsini təşkil edir” – deyə o bildirib.

Əsas mövzular