CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Makinaçı, kuryer və ya liftçi işləmək üçün hansı sınaqlardan keçmək lazımdır?

© Photo : From personal archives of the İlyas Huseynovİlyas Hüseynov
İlyas Hüseynov - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: “Bu vəzifələrdə çalışacaq insanların imtahanla işə qəbulu doğru deyil”

İlyas Hüseynov: “Dövlət orqanları özəl sektorla əməkdaşlığa meyilli olmalıdır”
"Dövlət qulluğu haqqında" qanuna edilmiş son yeni dəyişikliklərə görə, dövlət orqanlarında yardımçı vəzifələr, yəni kargüzar, makinaçı, kuryer, arxiv qeydiyyatçısı, liftçi, sürücü və s. vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər də dövlət qulluğuna qəbul üçün tələb olunan mərhələlərdən — imtahan və müsahibə mərhələsindən keçməklə işə qəbul olunacaqlar.

Dövlət qulluğuna hazırlıq üzrə ekspert İlyas Hüseynov deyir ki, qanunda göstərilir ki, yardımçı vəzifələri tutmaq üçün minimum orta təhsil tələb olunur: “Qeyd olunan vəzifələrlə bağlı işə qəbul prosesində indiyə qədər imtahanlar tətbiq olunmayıb. Hansı meyarlarla imtahanların keçiriləcəyini Dövlət İmtahan Mərkəzi müəyyən edəcək. Şəxsi qənaətimə görə bu vəzifələrdə çalışacaq insanların imtahanla işə qəbulu doğru deyil”.

“Belə bir təcrübə yoxdur. Ümumiyyətlə bizdə qanunvericilik sistemində bir çox qanunlarımız, test keçirmək, işə qəbul praktikası qərbdən və digər qonşu dövlətlərdən öyrənilir. Amma bildiyim qədər başqa ölkələrdə belə deyil. Yardımçı vəzifələrin işə qəbulu test və ya digər imtahanlarla həyata keçirilmir. Qərbdə bu işlərlə məşğul olan kadr şirkətləri var. Dövlət orqanları özəl sektorla əməkdaşlığa meyilli olmalıdırlar. Test imtahanı ilə namizədin bilikləri müəyyən parametrlər üzrə yoxlanıla bilər” – deyə o bildirib.

Xəbər lenti
0