Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Azərbaycan, Türkiyə və Gürcüstan birgə hərbi təlimlərə hazırlaşır

© Photo : Elchin Murad / TeleqrafHərbi ekspert Üzeyir Cəfərov
Hərbi ekspert Üzeyir Cəfərov - Sputnik Azərbaycan
Abunə olmaq
Hərbi ekspert Üzeyir Cəfərov deyir ki, təlimlər hərbi qüvvələrin döyüş hazırlığının təkmilləşdirilməsi məqsədi ilə keçirilir

Üzeyir Cəfərov: “İyunda keçiriləcək təlimlər bizim döyüş hazırlığımızı yüksəltmək üçün əlavə şansdır”
Bu il Türkiyə, Azərbaycan və Gürcüstan “Qafqaz qartalı” adlı ənənəvi birgə hərbi təlimlər keçirəcək.  

Hərbi ekspert Üzeyir Cəfərov Sputnik Azərbaycan-a deyir ki, iyun ayında keçiriləcək təlimlər əvvəlkilərin davamıdır: “Təlimlər Türkiyə, Azərbaycan və Gürcüstan hərbi qüvvələrinin döyüş hazırlığının təkmilləşdirilməsi məqsədi ilə keçirilir. Bundan əvvəl də hər 3 ölkənin hərbçilərinin iştirakı ilə Türkiyədə təlimlər keçirilmişdi. Həmin təlimlər böyük əks-səda doğurmuşdu”.

“Əvvəlki təlimlər həm siyasi mənası var idi, həm də regionda baş verən prosesləri stabilləşdirici faktor olmuşdu. İyunda keçiriləcək təlimlər bizim döyüş hazırlığımızı yüksəltmək üçün əlavə şansdır. İlin sonuna qədər daha 2 təlimin keçirilməsi gözlənilir” – deyə o bildirib.

Xəbər lenti
0