CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ekspert: “Orta məktəblərdə xeyli müəllim öz fəninin tədrisinə laqeyd yanaşır”

© Sputnik / Murad OrujovЭтибар Алиев, глава центра "Образование XXI век"
Этибар Алиев, глава центра Образование XXI век - Sputnik Azərbaycan
Abunə olmaq
Təhsil eksperti Etibar Əliyev deyir ki, məktəblərin daha yaxşı müəllimlərlə təminatı üçün müsabiqə labüddür

Etibar Əliyev: “Müəllimlər müsabiqə əsasında işə qəbul olunmalıdırlar”
Bu il Azərbaycanda müəllimlərin işə qəbulu üzrə müsabiqənin keçirilməsi qaydasında dəyişiklik edilib. Təhsil eksperti Etibar Əliyev Sputnik Azərbaycan-a deyir ki, müəllimlər müsabiqə əsasında işə qəbul olunmalıdırlar: “Çünki dövrü olaraq pedaqoji yönümlü ali məktəblər pedaqoji kadrlar hazırlığı həyata keçirir. İlbəil yeni məzunlar hazırlanır və burada mütləq seçim qaydaları müəyyənləşdirilməlidir”.

“Bu gün orta məktəblərdə xeyli sayda müəllim öz fəninin tədrisinə laqeyd yanaşır. Buna görə də məktəblərin daha yaxşı müəllimlərlə təminatı üçün müsabiqə labüddür. Müsabiqə şəffaf şəkildə həyata keçirilir. Bu da müəllimlərə imkan verir ki, öz bilik və bacarıqlarını ortaya qoysunlar” – deyə o bildirib.

Xəbər lenti
0