08:30 25 Sentyabr 2017
Canlı yayım
Sədrəddin Soltan, siyasi ekspert
© Foto: AzVision.az

Ekspert: “Həsən Ruhani dünyanın dil tapa biləcəyi qüvvələri təmsil edir”

RADİO
Qısa URL
4801

Sədrəddin Soltan deyir ki, İranda prezidentliyə namizədlərin əksəriyyəti oxşar siyasi düşərgəyə məxsus adamlardır

İranda prezident seçkilərinin ikinci turunun keçirilməsi gözlənilmir. Orta Doğu araşdırmalar mərkəzinin rəhbəri Sədrəddin Soltan Sputnik Azərbaycan-a deyir ki, seçkidə iştirak edəcək namizədlərin bir çoxunun namizədliyini digərinin xeyrinə geri götürəcəyi əvvəlcədən proqnozlaşdırılırdı: “Onların əksəriyyəti oxşar siyasi düşərgənin təmsilçiləri idi. Sadəcə olaraq seçkiqabağı kampaniyanı gərginləşdirmək, onun aktuallığını artırmaq, seçiciləri seçkilərə cəlb etmək üçün qoşulmuşdular”.

“İran hakimiyyəti dünyaya ölkədə keçirilən seçkilərin demokratik, azad və ədalətli olduğunu göstərməyə çalışırdı. Ehtimal edirəm ki, bu seçkilər Həsən Ruhaninin qələbəsi ilə başa çatacaq. Həsən Ruhani dünya tərəfindən tanınan və bir sıra qüvvələr tərəfindən qəbul olunan siyasi xadimdir. O dünyanın dil tapa biləcəyi qüvvələrin təmsilçisidir” – deyə o bildirib.

Əsas mövzular