09:36 25 Fevral 2018
Canlı yayım
В студии радио Sputnik
© Sputnik /

Ekspert: “Azərbaycanda zorakılığın belə böyük problem olduğunu bilmirdik”

RADİO
Qısa URL
3602

Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl deyir ki, bu sahədə ən böyük çətinliklərdən biri məlumat qıtlığıdır

Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti, Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyəti və Təmiz Dünya təşkilatları tərəfindən “Qadınlara Qarşı Zorakılığa Son!” mövzusuna həsr olunmuş konfrans keçirilib. Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl Sputnik Azərbaycana deyir ki, Azərbaycanda qadınlara qarşı zorakılıq kəskin forma alıb: “Biz bunu gündəlik olaraq mediadan müşahidə edə bilirik. Ancaq elə hallar var ki, onlar KİV-də öz əksini tapmır. Zorakılıq deyərkən müxtəlif formaları nəzərdə tuturuq”.

“Zorakılıq mövzusu ilə məşğul olan insanlar bilirlər ki, ən böyük çətinliklərdən biri məlumat qıtlığıdır. Biz zorakılığın nə dərəcədə böyük problem olduğunu bilmirik. Ümumiyyətlə mövcud olan məlumatlar çox natamam və qüsurludur. Həmçinin mövcud olan məlumata çatmaq mümkün deyil” —  deyə o bildirib.

Əsas mövzular