01:57 25 Fevral 2018
Canlı yayım
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov
© Foto: APA

Ramiz Həsənov: “Dövlət bəzi standartları artıq tənzimləməyəcək”

RADİO
Qısa URL
68 0 0

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyir ki, qanun təsdiq olunduqdan sonra bizim məcburi bildiyimiz standartlar könüllü xarakter daşıyacaq

Biz standartlaşdırma sahəsini daha da inkişaf etdirmək məqsədilə publik hüquqi şəxs yaratdıq. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib: “Standartlaşdırma institutu standartlaşdırma sahəsində Azərbaycanın milli orqanıdır. İnstitut həm sertifikatlaşdırma işini həyata keçirir, həm də bu standartlaşdırma işini müəssisələrdə tətbiq edir. Biz indi texniki tənzimləmələr haqqında yeni qanunu qəbul etmək üzrəyik. İnanırıq ki, bu Milli Məclisdə qısa müddətdə təsdiq olunacaq”.

“Qanun təsdiq olunduqdan sonra bizim məcburi bildiyimiz standartlar könüllü xarakter daşıyacaq. Dövlət tərəfindən müxtəlif sahələr üzrə tənzimləyici reqlamentlər qoyulacaq. O reqlamentlərə dövlət nəzarət edəcək. İstehsalla məşğul olan müəssisələr o reqlamentlərə riayət etməklə hansı standartları hansına tətbiq etmək lazımdır. Yəni dövlət o standartları artıq tənzimləməyəcək” – deyə o bildirib.

Əsas mövzular