Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ekspert: “Bundan sonra bazarda ucuz və keyfiyyətsiz mallar artacaq”

© Sputnik / Murad OrujovПресс-конференция председателя Общества свободных потребителей Азербайджана Эйюба Гусейнова
Пресс-конференция председателя Общества свободных потребителей Азербайджана Эйюба Гусейнова - Sputnik Azərbaycan
Abunə olmaq
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, hökumət biznes qurumları üçün ardıcıl olaraq rahat şərait yaradır

Eyyub Hüseynov: “Biznes qurumlar onlar üçün yaradılan şəraitdən sui-istifadə etməməlidir”
Azərbaycanda alkoqollu içkilərin, tütün məmulatlarının idxalı, tranziti və ixracı zamanı lisenziya, o cümlədən Avropa İttifaqı ölkələrinə ixrac edilən yeyinti məhsulları üçün keyfiyyət sertifikatı tələb edilməyəcək.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a deyir ki, hökumət biznes qurumları üçün ardıcıl olaraq rahat şərait yaradır: “Lakin təəssüflər olsun ki, biznes qurumlar bundan sui-istifadə edirlər, istehlakçıların hüquqlarını pozurlar”.

“Prezident biznes qurumlarda yoxlamaları ləğv etmək barədə sərəncam verəndə dövlət məmurlarının müdaxiləsinin qarşısını almaqla qiymətlərin aşağı düşəcəyini nəzərdə tuturdu. Bizdə olan məlumata görə bu proses yenə də davam edir. Bu yeni qayda Azərbaycanın əmtəə bazarına ucuz və keyfiyyətsiz malların daxil olmasına şərait yaradacaq. Biznes qurumlar onlar üçün yaradılan şəraitdən gərək sui-istifadə etməsin” —  deyə o bildirib.

Xəbər lenti
0