16:04 22 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov
© Foto : APA

Komitə sədri: “Bizim sertifikatları çox ölkələrdə tanımırlar”

RADİO
Qısa URL
4911

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyir ki, biz hələ Beynəlxalq Akreditasiya Təşkilatının üzvü deyilik

Akreditasiya sahəsində bizim bütün qanunvericiliyimiz beynəlxalq normalara uyğunlaşdırılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib: “Bizim bu sahədə yeganə problemimiz var və onun üstündə işləməyə başlamışıq. Bu gün bizim akreditasiya xidmətimizin verdiyi müəyyən sertifikatlar çox ölkələrdə tanımırlar. Bununla bağlı olaraq biz ikitərəfli və çoxtərəfli sazişlər imzalayırıq. MDB ölkələri arasında təkcə Ermənistandan başqa digər ölkələrlə qarşılıqlı olaraq sertifikatlar tanınır”.

“Biz hələ Beynəlxalq Akreditasiya Təşkilatının üzvü deyilik. Onların müəyyən tələbləri var idi. Tələblərindən biri bizim struktur ilə bağlı idi. Artıq bizdə də Avropanın tələblərinə uyğun fəaliyyət strukturu var” – deyə o bildirib.

Əsas mövzular