SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Amerika kürdləri niyə silahlandırır?

© Sputnik / Murad OrujovПолитолог Фикрет Садыхов в Мультимедийном пресс-центре Sputnik Азербайджан
Политолог Фикрет Садыхов в Мультимедийном пресс-центре Sputnik Азербайджан - Sputnik Azərbaycan
Abunə olmaq
Bu o demək deyil ki, terrorçulara verilən dəstək İŞİD-ə qarşı mübarizənin bir hissəsi olaraq qələbəyə gətirib çıxaracaq, politoloq Fikrət Sadıxov belə deyir

Fikrət Sadıxov: “Rəsmi Ankara Amerkanın bu addımı ilə razılaşmayacaq”
ABŞ prezidenti Donald Tramp Suriyada İŞİD-lə döyüşən kürd qruplaşmaların silahlandırılmasına dair planı təsdiqləyib.

Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, Türkiyə qərblə yaxınlıq etmək istəyir: “Ərdoğanla Trampın arasında telefon danışıqları da olub. Ancaq görünən odur ki, Tramp administrasiyası yeni addım atmaq fikrində deyil. ABŞ terrorçularla mübarizə aparmaq istəyirsə bu heç də o demək deyil ki, digər terrorçulara dəstək verməlidir. Bununla məsələ həll olunmur”.

“Bu o demək deyil ki, terrorçulara verilən dəstək İŞİD-ə qarşı mübarizənin bir hissəsi olaraq qələbəyə gətirib çıxaracaq. Onlar bunu etməklə Türkiyə ilə münasibətləri gərginləşdirirlər. Rəsmi Ankara bununla razılaşmayacaq. Çünki bunlar onun maraqlarına zidd, tələblərinə cavab verməyən addımlardır” – deyə o bildirib.

Xəbər lenti
0