Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Vüqar Bayramov: “Hökumət çalışmalıdır ki, xərcləmələri tənzimləsin”

Abunə olmaq
İqtisadçı ekspert Vüqar Baramov deyir ki, Azərbaycanda neftin qiyməti aşağı düşdükdən sonra iqtisadi islahatların aparılması sürətləndi

Vüqar Bayramov: “Struktur islahatlarının aparılması olduqca vacibdir”
"Neftin kəskin ucuzlaşması fonunda Azərbaycan hökuməti yaranmış disbalansı aradan qaldırılmaq üçün qabaqlayıcı addımlar atıb, nəticədə ölkədə makroiqtisadi stabillik tez bir vaxtda bərpa olunub". Bu barədə maliyyə naziri Samir Şərifov Yaponiyanın Yokohama şəhərində keçirilən Asiya İnkişaf Bankının rəhbərlər şurasının 50-ci toplantısında çıxışı zamanı bildirib.

İqtisadçı ekspert Vüqar Bayramov Sputnik Azərbaycana deyir ki, Azərbaycanda neftin qiyməti aşağı düşdükdən sonra iqtisadi islahatların aparılması sürətləndi: “Xüsusən, gömrükdə idxalla bağlı proseduraların sadələşdirilməsi, monopoliyanın aradan qaldırılması, lisenziyaların sadələşdirilməsi kimi islahatları qeyd etmək olar. Azərbaycan hökuməti neftin qiyməti düşdükdən sonra iqtisadiyyatı mövcud qiymətlərə uyğunlaşdırmağa çalışdı. Nəticə etibarı ilə Azərbaycan iqtisadiyyatı neftin mövcud qiymətlərinə transfarmasiya olundu”.

“Əslində neftin 2015-ci ildəki qiymətləri 2017-ci ildəki qiymətlərinin Azərbaycan iqtisadiyyatına təsirləri fərqlidir. Ona görə də fiskal konsoldasiya yolu ilə iqtisadiyyatın mövcud qiymətlərinin neftin qiymətlərinə uyğunlaşması prosesi başladı. Ancaq islahatların daha sürətlə aparılması vacibdir. Xüsusən də liberallaşma, kadr və struktur islahatları ilə müşahidə olunmalıdır. Hökumət çalışmalıdır ki, xərcləmələri tənzimləyə bilsin. Strukturun çevikliyi və struktur islahatları olduqca vacibdir” – deyə o bildirib.

Xəbər lenti
0