Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycana deyir ki, Makronun qələbəsi Avropa siyasətində mühüm rol oynayır: “Eyni zamanda onu da demək lazımdır ki, Makronun xarici siyasəti o qədər də təsirli olmayacaq. O, gücünü daha çox daxili siyasi proseslərə yönəldəcək”.
“Dağlıq Qarabağ münaqişəsinin həlli hansısa liderin münasibətindən asılı deyil. Çünki burada elə amillər var ki, hansısa liderin qələbəsi münaqişənin tənzimlənmə prosesini dəyişə bilməz. Fransa Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində bir o qədər də təsirli rola malik deyil. Çox güman ki, yeni seçilmiş prezident Makronun da qələbəsi münaqişənin tənzimlənməsinə təsir göstərməyəcək” – deyə o bildirib.