02:15 22 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0623

Ekspert: “Hökumətin hədəfi sahibkarlıq fəaliyyətini canlandırmaqdır”

RADİO
Qısa URL
84 0 0

İqtisadçı ekspert Elşən Bağırzadə düşünür ki, indiki məqamda hökumətin seçdiyi prioritet doğrudur.

Elşən Bağırzadə: “Lisenziya həm maddi, həm də zaman baxımından sahibkarlar üçün yükdür”
Nazirlər Kabineti "Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları"nda dəyişiklik edib. Dəyişikliyə əsasən, sertifikatlar tələb edilən sənədlər sırasından çıxarılıb.  

Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Elşən Bağırzadə isə Sputnik Azərbaycan-a açıqlamasında deyir ki, qəbul edilmiş qərar sahibkarlıq fəaliyyətini stimullaşdırmağa yönəlib: “Bu sektorlar ona görə seçilib ki, burada əlavə dəyər yaratmaq mümkündür. Azərbaycan hökumətini əsas hədəfi sahibkarlıq fəaliyyətini canlandırmaqdır. Lisenziya həm maddi, həm də zaman baxımından sahibkarlar üçün yükdür”.

“Lisenziyaların üstünlüyü odur ki, onlar keyfiyyəti təmin etmək baxımından əhəmiyyətlidirlər. Düşünürəm ki, hökumət bu sahədə işi asanlaşdırmaq, sahibkarları stimullaşdırmaq üçün bu məhdudiyyətləri aradan qaldırdı. Amma dünyanın müxtəlif ölkələrində bu məhdudiyyətlər var. Düşünürəm ki, indiki məqamda hökumətin seçdiyi bu prioritet doğrudur” – deyə o bildirib.

Əsas mövzular