00:18 16 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0257
  • USD1.7000
  • EUR1.9635

Politoloq: “Moskva Qarabağ danışıqlarında təşəbbüsü ələ alır”

RADİO
Qısa URL
85 0 0

XİN rəhbərlərinin Moskva görüşü göstərir ki, Rusiya təkbaşına vasitəçilik missiyasını gücləndirir, politoloq Mübariz Əhmədoğlu belə hesab edir

Moskvada Rusiya tərəfinin təşəbbüsü ilə Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri – Sergey Lavrov, Elmar Məmmədyarov və Eduard Nalbandyanın işgüzar görüşü keçirilib. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların inkişaf perspektivlərinin müzakirəsi davam edib.

Politoloq Mübariz Əhmədoğlu Sputnik Azərbaycan-a deyir ki, bu görüş Rusiyanın təkbaşına vasitəçilik missiyasının gücləndiyini göstərir: “Üzə çıxdı ki, Rusiya konkret müzakirələrin tərəfdarıdır. Diqqət çəkən məqamlardan biri də həmsədrlərin görüşə sonda qatılmasıdır. Görünür tərəflər razılaşıblar ki, Kaspşikin missiyası genişləndirilsin”.

“Artıq Ermənistan dəqiq yol xəritəsi qoyur ki, qoşunlarını işğal olunmuş ərazilərdən hansı qrafik üzrə çıxardacaq. Əslində bu Ermənistanın özü üçün yaratdığı bir tələdir. Ümumi götürdükdə Moskva görüşü danışıqların virtual mərhələdən real praktiki mərhələyə keçirilməsi istiqamətində çox ciddi addımdır. Yəqin ki, yaxın vaxtlarda Rusiya Federasiyasının prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkili üçün təşəbbüs irəli sürəcək” – deyə o bildirib.

Əsas mövzular