Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

May gəldi, müğənnilər toysuz qaldı

© Photo : publika.azБалоглан Ашрафов
Балоглан Ашрафов - Sputnik Azərbaycan
Abunə olmaq
Əməkdar artist Baloğlan Ərəfov deyir ki, bəzi insanlar may ayını dəyərləndirə bilmədiklərinə görə toy eləmirlər

Baloğlan Əşrəfov: “Kimlərsə bu ayda toy eləmirlər, amma bu, yavaş-yavaş aradan qalxır”
May ayında Azərbaycanda toyların azalması, həmçinin qarşıdan gələn Ramazan ayı toya gedən müğənnilərin fəaliyyətinə öz təsirini göstərir.

Əməkdar artist Baloğlan Əşrəfov Sputnik Azərbaycan-a deyir ki, biz ömrümüzü belə yaşamışıq: “Toy olmayan aylar əsasən Məhərrəmlik və Ramazandır. Ancaq bu mayı haradan çıxarıblar? Bu bizim bəzi insanların mayı qiymətləndirə bilməməyindən oldu ki, bizim musiqiçilərin də işini korladılar. May gözəl aydır, insana ruh verən aylardan biridir”.

“Kimlərsə bu ayda toy eləmirlər, amma yavaş-yavaş mayda da toy olur. Əvvəllər mayda heç toy olmurdu. Bu aylarda yəqin ki, müğənnilər hansısa planlar qururlar. Onlar bu haqda özləri nəsə fikirləşərlər” – deyə o bildirib. 

Xəbər lenti
0