Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Trampın dediyi “böyük münaqişə” baş verəcəkmi?

© Sputnik / STRQabil Hüseynli, politoloq
Qabil Hüseynli, politoloq - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq Qabil Hüseynli deyir ki, Tarmpın hədəfində iki mühüm istiqamət var

Qabil Hüseynli: “Ancaq Həsən Ruhani Amerika ilə dil tapa bilər”
ABŞ prezidenti Donald Tramp Şimali Koreya ilə “böyük münaqişə”nin yarana biləcəyini istisna etmədiyini, lakin böhranın diplomatik yolla nizamlanmasına üstünlük verdiyini bildirib.

Politoloq Qabil Hüseynli Sputnik Azərbaycan-a deyir ki, Trampın hədəfində iki mühüm istiqamət var: “Birincisi Şimali Koreya, ikincisi isə İranın Suriya ərazisindən, ümumiyyətlə yaxın şərqdən və İraqdan vurulub çıxarılmasıdır. Ola bilsin ki, İranla bağlı rejim dəyişikliyi ilə əlaqədar planlar həyata keçiriləcək”.

“Şimali Koreya məsələsində Tramp çılğın keyfiyyətlərə malik insandır. Güman edirəm ki, belə bir şəxsin siyasi arenadan yığışdırılması üçün nə lazımdırsa ediləcək. Düşünürəm ki, ancaq Həsən Ruhani Amerikanın İrana qarşı hiddətini azalda, Amerika ilə dil tapa bilər. Amma İranın Suriya və İraqdakı fəaliyyəti yəqin ki, dondurulacaq” – deyə o bildirib.

Xəbər lenti
0