QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Artıq Fransada ermənipərəst siyasət gözdən düşür

© Sputnik / Irade JELILMübariz Əhmədoğlu, politoloq
Mübariz Əhmədoğlu, politoloq - Sputnik Azərbaycan
Abunə olmaq
Fransada erməni icmasının rəhbəri Murad Papazyan açıq etiraf edir ki, prezidentliyə indiki namizədlərin Dağlıq Qarabağ və erməni məsələsinə böyük marağı yoxdur

Mübariz Əhmədoğlu: “Fransa heç vaxt Dağlıq Qarabağ məsələsində açıq-aşkar ermənipərəst siyasət aparmayacaq, apara da bilməz”
Fransada prezident seçkilərinin birinci turunun qalibi müəyyənləşib. Seçkilərin əsas nəticəsi kimi Fransa siyasətində 60 il ərzində hakim mövqe tutan sosialist və sağ mərkəzçi partiyaların məğlubiyyəti göstərilir.

Politoloq Mübariz Əhmədoğlu Sputnik Azərbaycan-a deyir ki, namizədlərin hər hansı birinin prezident seçilməsi Dağlıq Qarabağ münaqişəsinin həllinə heç bir təsir göstərməyəcək: “Fransanın münaqişə ilə bağlı mövqeyini prezidentə məmurlar təqdim edir. Münaqişənin tənzimlənməsində Fransanın vasitəçiliyi onun özü üçün çox vacibdir. Fransada erməni icmasının rəhbəri Murad Papazyan açıq etiraf edir ki, indiki namizədlərin Dağlıq Qarabağ və erməni məsələsinə böyük marağı yoxdur”.

“Bütün tarix boyu Fransadakı ermənilərin nüfuzunun ən aşağı olduğu dövrdür. Olland da digər prezidentlərə nisbətən daha çox ermənipərəst idi. Ancaq biz Fransanın mövqeyini ermənipərəstlikdən uzaqlaşdıra bildik. İndiki namizədlərin içərisində heç Ollandın onda biri qədər ermənipərəst yoxdur. Fransa heç vaxt Dağlıq Qarabağ məsələsində açıq-aşkar ermənipərəst siyasət aparmayacaq, apara da bilməz” – deyə o bildirib.

Xəbər lenti
0