Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Cəmil Quliyevə uğurlar arzulayırıq"

© Sputnik / Murad OrujovПолитический аналитик, член Совета по прессе Азербайджана Азер Хасрет
Политический аналитик, член Совета по прессе Азербайджана Азер Хасрет - Sputnik Azərbaycan
Abunə olmaq
İTV-nin Yayım Şurasının üzvü Azər Həsrət deyir ki, 5 namizəd arasında ən uyğun olan Cəmil Quliyev idi

Azər Həsrət: “Artıq dünyada bütün kütləvi informasiya vasitələri sərhədsiz fəaliyyət göstərirlər”
Milli Televiziya və Radio Şurasında İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru vəzifəsinə seçki keçirilib. Cəmil Quliyev yenidən İTV-nin baş direktoru seçilib. Yayım Şurasının 9 üzvünün hamısı yekdilliklə C.Quliyevin namizədliyini dəstəkləyib.

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü Azər Həsrət Sputnik Azərbaycan-a deyir ki, 5 namizəd arasından ən uyğun olan Cəmil Quliyev yenidən seçildi: “Onun üzərinə çox böyük vəzifələr düşür. İctimai Yayım Şurasının təklifləri və ümumilikdə ictimaiyyətin maraqları əsasında yeni yayım siyasətinin müəyyənləşdirilməsi qarşıda duran vəzifələrdir. İndiki sərt rəqabət şəraitində İctimai Televiziya və Radio Yayımlarının daha üstün bir səviyyəyə daşınmasına ehtiyac var”.

“Artıq dünyada bütün kütləvi informasiya vasitələri sərhədsiz fəaliyyət göstərirlər. Ona görə də İctimai Televiziya və Radio Yayımlarının bu rəqabətdə duruş gətirməsi və daha önə keçməsi getdikcə çətinləşir. Bu baxımdan biz də öz təklif və tövsiyələrimizi səsləndirdik. Əlbəttə, Yayım Şurası özü də fəaliyyəti dövründə konkret təkliflərlə çıxış edəcək” – deyə o bildirib.

Xəbər lenti
0